Öz sahənizdə peşəkar Təlimçi olmaq potensialını hiss edirsinizsə, böyük auditoriyalarda insanlara təlimlər, seminarlar keçmək istəyirsənizsə bu təlimdə iştirak etməklə öz potensialınzı professionallaşdıra və inkişaf etdirə bilərsiniz.
Təlim 20 ildən artıq iş təcrübəsi olan təlimçi kimi ixtisaslaşmış, peşəkar konsultantlar tərəfindən həyata keçiriləcək.
Kursun məqsədi: Təlimçilərin bilik və bacarıqlarının artırılması yaxşı ünsiyyətqurma yollarının tətbiq olunması
Kurs kimlər üçün nəzərdə tutulub: Təlimçi kimi fəaliyyət göstərməyi nəzərdə tutan şəxslər.
Təlim kursunu bitirdikdən sonra aşağıdakıları öyrənəcəksiniz:
Təlimçi olmaq üçün lazımı biliklərə yiyələnəcəksiniz
Peşəkar təqdimetmə bacarıqların inkişaf etdirəcəksiniz
Dinləmə bacarığını tətbiq etmə yollarını müəyyənləşdirəcəksiniz
Ünsiyyətqurma üsullarını təkmilləşdirəcəksiniz
İki dəfə təlim keçmək təcrübəsi.
Mövzular:
Giriş
Təlim planının və proqramının hazırlanması
Təqdimat bacarığı
İnteraktiv (fəal) təlim metodları
Təlimçiyə olan tələblər:
- Ünsiyyətin qurulması və səmərəli ünsiyyət qaydaları.
- Nitq mədəniyyətində dinləmək və davranış metodları.
- Peşəkar dinləmə üsulları: Passiv və aktiv.
- Dinləyicinin diqqətin cəlb edilməsi metodları.
- Səriştəli təlimçinin xüsusiyyətləri.
Təlim modeli
Təlimin keçirilməsi üçün inkişaf mərhələləri. 5 addım.
Təlim tələblərinin təhlil olunması
Təlim materialları və alətləri
Müşahidə Modeli
Təlimin qiymətləndirilməsi mərhələləri
Bilik və bacarıqların qiymətləndirilməsi
Yekun qiymətləndirmə və təcrübi (praktik) hissə
Təlim müddəti: 2 gün - 1 gün nəzəri, 1 gün praktiki (təcrübə)
Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.